Salyanda ağır qəza: Dörd nəfər xəsarət aldıbackend

Salyanda ağır qəza: Dörd nəfər xəsarət aldı

Salyan şəhərinin mərkəzində baş verən yol qəzasında 4 nəfər xəsarət alıb.

KONKRET.az xəbər verir ki, hərəkətdə olan “VAZ-2107” markalı avtomobil “Toyoto” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində rayonun Qızılağac kənd sakinləri, 1982-ci il təvəllüdlü Nağıyeva Zöhrə Balahəsən qızı, 1989-cu il təvəllüdlü Məmmədov Musa Vaqif oğlu, 1986-cı il təvəllüdlü Nağıyev Rabil Əbülfəz oğlu və 1961-ci il təvəllüdlü Məmmədova Sona Allahverdi qızı müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*