Şamaxıda motosiklet aşıb.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, qəza Bakı-Şamaxı-Yevlax yolunun Ağsu aşırımından keçən hissəsində baş verib.
Bir neçə motosikletin olduğu karvan hərəkət edən zaman yola qoyun sürüsü çıxıb.
Motosiklet sürücülərindən biri idarəetməni itirib. Nəticədə motosiklet aşıb və motosiklet sürücüsünün qolu sınıb. Onun Almaniya vətəndaşı olduğu bildirilir. Motosiklet aşması nəticəsində xəsarət alan Almaniya vətəndaşının şəxsiyyəti məlum olub. Almaniyanın Ausberq şəhər sakini 1996-cı il təvəllüdlü Feliks Antoniyusun qolu sınıb, müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Yaralı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.