Sambo yarışı zamanı kütləvi dava – VİDEObackend

Sambo yarışı zamanı kütləvi dava - VİDEO

Rusiya Federasiyasının İnquşetiya Respublikasındakı “Maqas” İdman Kompleksində keçirilən sambo yarışı zamanı kütləvi dava olub.

KONKRET.AZ xəbər verir ki, qarşıdurmada idmançılar, məşqçilər və azarkeşlər iştirak ediblər. İnsidentə səbəb idmançılardan birinin digərini itələməsi olub. Nəticədə davada iştirak edənlər idman qurğusundan çıxarılıblar.

Ümumrusiya Sambo Federasiyasının prezidenti Sergey Yeliseyev yarışı alternativ federasiyanın təşkil etdiyini, həmin şəxslərin buna hüququ olmadığını bildirib.

Prokurorluq kütləvi dava ilə əlaqədar istintaq başladıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*