Sarayda AĞIR QƏZA: 2 nəfər öldü – FOTObackend

Sarayda AĞIR QƏZA: 2 nəfər öldü - FOTO

Abşeron rayonunun Saray qəsəbəsində iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

KONKRET.az APA-ya istinadla xəbər verir ki, “KamAZ” markalı yük maşını ilə “Daewoo” markalı minik avtomobili toqquşub.

DİN-in Baş Dövlət Yol Polis İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev bildirib ki, hadisə saat 15:50 radələrində Saray qəbiristanlığının qarşısında qeydə alınıb.

“Daewoo Gentra” markalı, 10-KY-967 dövlət qeydiyyat nişanlı minik avtomobili idarəetməni itirərək əks istiqamətdən gələn “KamAZ” markalı, 99-JR-925 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü və sərnişini hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır, müvafiq ekspertizalar təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*