Ali Radanın keçmiş deputatı, Ukraynanın Milli Qəhrəmanı Nadejda Savçenko Ukrayna Prezidenti Vladimir Zelenskinin seçkiqabağı vədlərini yerinə yetirmədiyini və yanlış yolla getdiyini bildirib.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı ZİK televiziyası yayıb.
Onun sözlərinə görə, prezidentin verdiyi vədlərin icrası “çox axsayır”.
“Ukraynalılar artıq ona inanmırlar”, — Savçenko bildirib.
O hesab edir ki, Zelenskinin seçkidə qalib gəlməsindən sonra Ukraynada vəzifəyə “bataqlıqlar dünyası”nın nümayəndələri gətirildi, dövlət başçısının “Xalqın xidmətçisi” partiyasına isə düşünməyi bacarmayan adamlar düşdü.
Savçenko vurğulayıb ki, hakimiyyət Ukraynanı xarici təsirə və onların idarəetmə sisteminə verir.
Babək Göyüş
KONKRET.az
