Saxta sənədə görə iki klub rəsmisi 3 illik futboldan uzaqlaşdırıldıbackend

Saxta sənədə görə iki klub rəsmisi 3 illik futboldan uzaqlaşdırıldı

AFFA İntizam Komitəsi Region Liqası ilə bağlı sərt cəzalar tətbiq edib.

KONKRET.az xəbər verir ki, komitə 3 nəfəri futboldan uzaqlaşdırıb.

“Bakı” TFK-nın rəsmisi İsmayıl Hüseynzadə tərəfindən lisenziyaların alınması üçün təqdim olunmuş sənədlər saxtalaşdırıldığı üçün onun 3 il ərzində futbola aid olan istənilən fəaliyyətdə iştirak etməyinə qadağa qoyulub.

“Çinar-Zəngilan”ın idman direktoru Anar Dünyamalıyev də eyni qanunsuzluğa yol verib və o da 3 il müddətinə futboldan uzaqlaşdırılıb.

“Baku” TFK-nın icraçı direktoru Rövşən Mustafayev isə lisenziyaların alınması üçün təqdim olunmuş sənədlərin saxtalaşdırılmasından məlumatlı olduğu üçün onun 1 il 6 ay müddət ərzində futbola aid olan istənilən fəaliyyətdə iştirak etməyinə qadağa qoyulub.

Bu şəxslərin qərardan apellyasiya vermək üçün 15 gün vaxtları var. (qafqazinfo)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*