Səddam Hüseyni məhkəmə zalından qovan hakim… – Dramatik sonbackend

Səddam Hüseyni məhkəmə zalından qovan hakim… - Dramatik son

İraqın paytaxtı Bağdaddakı bir xəstəxanada koronavirusdan müalicə alan və İraqın mərhum lideri Səddam Hüseynin cinayət işinə baxan hakimlərdən biri Məhəmməd əl-Üreybi əl-Xəlifə vəfat edib.

KONKRET.az xəbər verir ki, İraq Ali Məhkəmə Şurası tərəfindən verilən açıqlamada müalicə aldığı xəstəxanada vəfat edən hakim əl-Xəlifənin ölüm səbəbinin COVID-19-la əlaqəli fəsadlar olduğu deyilib.

52 yaşlı əl-Xəlifə 1992-ci ildə Bağdad Universitetinin Hüquq fakültəsini bitirib. 2000-ci ildə Səddam Hüseynin fərmanı ilə hakim vəzifəsinə təyin olunub.

O, Səddam Hüseynin məhkəməsi zamanı mərhum liderlə çox yumşaq davrandığına görə vəzifəsindən azad edilən hakim Abdullah əl-Əmiri əvəz etmişdi. Əl-Xəlifə məhkəmə zamanı bir neçə dəfə Səddam Hüseyni məhkəmə zalından çıxarmış, bir neçə gün təkadamlıq kamerada saxlanılmasını əmr etmişdi./teleqraf/

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*