backend

Səfirliyimizə hücum edən şəxs iki uşağını da özü ilə GƏTİRİBMİŞ

“Silahlı şəxs Azərbaycanın Tehrandakı səfirliyinə iki azyaşlı uşağı ilə daxil olub. Cinayətkar dindirilmə zamanı ilkin ifadəsində bildirib ki, hadisənin törədilməsində səbəb şəxsi münasibətlər və ailə problemləri olub”.

KONKRET.azMehr News” nəşrinə istinadən xəbər verir ki, bu barədə Tehran polisinin rəisi generalı Hüseyn Rəhimi jurnalistlərə açıqlamasında deyib:

“Polisin çevik tədbirləri sayəsində basqın edən şəxs dərhal tutulub və barəsində cinayət işi başlanıb”.

İran mətbuatının məlumatına görə, hücum edən şəxs 50 yaşlı Yasin Hüseynzadə olub. İlkin məlumatlara görə, o, 2 azyaşlı uşaq: 14 yaşlı qız və 7 yaşlı oğlanla avtomobillə səfirliyin inzibati binasına gedib. O, səfirliyin binasına daxil olub və birbaşa binanın girişində atəş açıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*