Şəhərlərarası avtovağzalı ildırım vurdu – VİDEObackend

Şəhərlərarası avtovağzalı ildırım vurdu - VİDEO

Türkiyədə şəhərlərarası avtovağzalın damına ildırım düşüb. Avtovağzalın damı uçub. 

KONKRET.az xəbər verir ki, Türkiyənin Bursa şəhərində baş verən hadisənin videosunu Readovka Telegram kanalı yayıb.

Qeyd olunur ki, güclü leysan zamanı ildırım çaxması nəticəsində şəhərlərarası avtovağzalın dam örtüyü uçub. Hadisə yerinə yanğınsöndürənlər, tibb işçiləri gəlib. Təhlükəsizlik qüvvələri sərnişinləri təhlükəsiz əraziyə təxliyə edib.

Fırtına bir saatdan artıqdır davam edib, şəhərin bəzi küçələrini su basıb, tıxaclar yaranıb. Sinoptiklərin proqnozlarına görə, şəhərdə pis hava şəraiti hələ bir müddət davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*