Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətində Azərbaycan sərhədlərinə hücumunu dəf edərkən şəhid olan hərbçilərimizdən biri də mayor Novruzov Anar Gülverdi oğludur.
Şəhid mayorumuz 25 il hərb sahəsində xidmət edib.
A. Novruzov Masallı rayon Ərkivan qəsəbəsində anadan olub.
Onun 2 övladı var. Yaxınlarının bildirdiyinə görə, A. Novruzov həmişə ön cəbhələrdə qəhrəmancasına döyüşüb.