Şəhidin yeni doğulan əkizlərinin hesabına 10 min  manat köçürüldübackend

Şəhidin yeni doğulan əkizlərinin hesabına 10 min manat köçürüldü

Qarabağda aparılan antiterror tədbirləri zamanı şəhid olan Səbuhi Əliyevin Bakı şəhərində doğulan əkiz övladları Nərgiz və Nazlının zəruri xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.

Fonddan KONKRET.az-a verilən məlumata görə, bu məqsədlə 2000 AZN vəsait ananın hesabına köçürülüb.

Dünyaya yeni göz açan körpələrin adına isə depozit hesabları açılacaq və ümumilikdə 10 000 AZN vəsait onların hesabına yerləşdiriləcək. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür.

Şəhidin övladları bu vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesablarından çıxara biləcəklər.

Qeyd edək ki, Fondun “Onlar bizə əmanət” layihəsi indiyədək 109 şəhid övladını əhatə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*