Şəhriyar Məmmədyarov beynəlxalq turnirdə eyni gündə 4 hindistanlı ilə oynadıbackend

Şəhriyar Məmmədyarov beynəlxalq turnirdə eyni gündə 4 hindistanlı ilə oynadı

“Meltwater Champions Chess Tour” onlayn şahmat seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turniri davam edir.

KONKRET.az-ın məlumatına görə, Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov turnirin üçüncü günündə daha 4 oyun keçirib.

Maraqlıdır ki, Məmmədyarovun bugünkü bütün rəqibləri Hindistan təmsilçiləri olublar.

Günün ilk görüşündə (9-cu turda – red.) Arjun Eriqaisiyə qalib gələn Azərbaycan qrossmeysteri ardınca Santoş Viditlə bərabərliyə razılaşıb.

11-ci turda Dommaraju Qukeşə məğlub olan “Şah” günü Pentala Harikrişna üzərində qələbə ilə başa vurub.

Beləliklə, 4 oyunun ikisində qələbə qazanıb, birində heç-heçə edən, bir görüşdə isə uduzan Məmmədyarov 23 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*