Şəkidə evdə PARTLAYIŞ: Yaralılar varbackend

Şəkidə evdə PARTLAYIŞ: Yaralılar var

Şəki rayonunun Çeşməli kəndində ümumi sahəsi 108 kvadrat m olan birmərtəbəli 4 otaqlı evdə partlayış və yanğın baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Partlayış dalğasının təsirindən evin dam örtüyü qısmən çöküb, pəncərə çərçivələri yerindən çıxıb.

Partlayış nəticəsində baş verən yanğında ümumi sahəsi 24 kvadrat m olan bir otağın lambirindən ibarət tavan və içərisində ev əşyaları yanıb.

Hadisə zamanı iki nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İlkin ehtimala görə, partlayış məişət qaz sızması nəticəsində baş verib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*