Azərbaycanda səfərdə olan Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar rəsmi tvitter səhifəsində Prezident İlham Əliyevlə görüşü haqda paylaşım edib.
KONKRET.az xəbər verir ki, o, görüş zamanı çəkilmiş fotoları da izləyiciləri ilə bölüşüb. Fotolardan birində diqqətçəkən məqam Prezident İlham Əliyevə özəl gödəkçənin hədiyyə edilməsidir. Prezidentə təqdim edilmiş gödəkçənin bir tərəfində Türkiyə bayrağı, digər tərəfində isə dövlət başçısının ad-soyadı əks olunub.
S. Bayraqdar sözügedən paylaşımında həmçinin İlham Əliyev tərəfindən “Qarabağ” nişanına layiq görülməkdən şərəf və qürur hissi duyduğunu vurğulayıb.
