2022-ci ildən nadir sağalmaz xəstəliklə mübarizə aparan müğənni Selin Dion səhhətindən danışıb.
KONKRET.az xəbər verir ki, sənətçinin sözlərini “Page Six” yayıb.
O, mənfi diaqnoz aşkarlanan zaman necə davranmaq lazım olduğunu açıqlayıb.
Dionun fikrincə, ən başlıcası ümidini itirməməkdir. Xüsusən də hər gün yeni müasir müalicə üsullarının ortaya çıxdığı zamanda ümidi itiməmək lazımdır:
“Keyfiyyətli yardım ən qiymətli inqrediyenti – ümidi təmin edir. Bunun nə qədər vacib olduğunu bilirəm. Mən bilirəm ki, ailə, sevinc və məhəbbətlə dolu gözəl həyatımızda biz həm də böyük çətinliklərlə, sınaqlarla üzləşə bilərik”.
Xatırladaq ki, S.Dion 2022-ci ilin dekabrında sosial şəbəkələr vasitəsilə öz xəstəliyi barədə məlumat verib və 2023-cü ilin mayında müalicə almaq üçün dünya turunu ləğv edib.
Ağır xəstəlik səbəbindən ictimaiyyət qarşısına çıxmayan kanadalı müğənni bu ilin iyul ayında Paris-2024-ün rəsmi açılış mərasimində xalq qarşısında çıxış edib.//Qafqazinfo