Şəmkir sakini güllələndi – Hadisəyə quşlar səbəb olubbackend

Şəmkir sakini güllələndi - Hadisəyə quşlar səbəb olub

Şəmkirdə güllələnmə hadisəsi baş verib.

Hadisə rayonun Ağlavaşlı kəndində qeydə alınıb. Kənd sakini olan 1978-ci il təvəllüdlü Mais Ələkbərov güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

KONKRET.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyatakeçiriblər. Araşdırma zamanı hadisəni törətməkdə şübhəli bilinən rayon sakini Naib Həsənov müəyən olunub. O, müvafiq səndələri olan odlu silahla saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.

Məlumata görə, saxlanılan şəxs güllələnən Mais Ələkbərovun qohumudur. Naib Həsənovun ev quşları qohumu Mais Ələkbərovun həyatyanı sahəsinə keçib. Bundan əsəbləşən M. Ələkbərov qaynı N.Həsənovu döyüb. Daha sonra N.Həsənov yeznəsi M.Ələkbərova yaşadığı evdə özünə məxsus ov tüfəngindən atəş aşıb. (Apa)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*