Şəmkirdə 10 otaqlı evdə yanğın – VİDEObackend

Şəmkirdə 10 otaqlı evdə yanğın - VİDEO

Şəmkir rayonu, Dəllər qəsəbəsində fərdi yaşayış evində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) KONKRET.az-a verilən məlumata görə, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində vətəndaşa məxsus hər mərtəbəsi 360m² olmaqla ümumi sahəsi 720m² olan ikimərtəbəli on otaqlı evin 1-ci mərtəbəsində üç otağın yanar konstruksiyaları 210m² sahədə yanıb. Evin böyük hissəsi yanğından mühafizə edilib.

Yanğın zamanı xəsarət alan olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*