Şəmkirdə avtomobil qəzası olub, xəsarət alanlar var.
KONKRET.az-ın məlumatına görə, hadisə Sarıtəpə kəndində qeydə alınıb.
Yol-nəqliyyat hadisəsi zamanı Gəncə şəhər sakinləri – 1991-ci il təvəllüdlü Elmir İbrahimov, 1989-cu il təvəllüdlü Rövşən Əliyev və 1994-cü il təvəllüdlü Şamxal Məmmədov xəsarət alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.
Faktla bağlı araşdırmalara başlanılıb./report
