Şəmkirdə yanğın hadisəsi olub.
KONKRET.az xəbər verir ki, hadisə rayonun Muxtariyyə kəndində qeydə alınıb.
Kənd sakininə məxsus fərdi yaşayış evi anidən yanmağa başlayıb.
Əraziyə FHN əməkdaşları cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində işlər gedir.
