Şəmkirdəki qəzada xəsarət alanların vəziyyəti açıqlandıbackend

Şəmkirdəki qəzada xəsarət alanların vəziyyəti açıqlandı

22.11.2025-ci il tarixində saat 08:00 radələrində Şəmkir rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 2 nəfər (kişi) şəxs Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən KONKRET.az-a verilən məlumata görə, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.

Hazırda hər iki şəxsin müalicəsi tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində davam etdirilir.

Vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*