Sənəd qəbulunun vaxtı uzadıldıbackend

Sənəd qəbulunun vaxtı uzadıldı

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun vaxtı uzadılıb.

Dövlət İmtahan Mərkəzindən KONKRET.az – verilən məlumata görə, sənəd qəbulunun vaxtı 12 mart saat 11:00-a qədər uzadılıb.

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və ərizəni təsdiq edirlər. Ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməli olanlar saat 17:00-dək müvafiq komissiyaya yaxınlaşmalıdırlar.

Hazırki məlumata görə, təsdiq edilmiş ərizələrin sayı 18739-dur: “Azərbaycan bölməsi üzrə 18169, rus bölməsi – 570”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*