SENSASİYA: Bu ölkə İrana milyardlar TƏKLİF ETDİ – İLGİNC SƏBƏBbackend

SENSASİYA: Bu ölkə İrana milyardlar TƏKLİF ETDİ - İLGİNC SƏBƏB

Qətər Baş nazirinin müşaviri və Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Macid bin Məhəmməd əl-Ənsari İrana guya ABŞ-la razılaşma əldə olunması üçün 12 milyard dollar təklif edilməsi barədə yayılan məlumatları təkzib edib.

KONKRET.az xəbər verir ki, o, “X” platformasında yayımladığı açıqlamada bildirib ki, bu cür iddialar həqiqətə uyğun deyil və diplomatik proseslərə zərər vurmaq məqsədi daşıyan tərəflər tərəfindən yayılır.

Əl-Ənsari qeyd edib ki, Qətər regionda gərginliyin azaldılması və sabitliyin gücləndirilməsi istiqamətində diplomatik səyləri dəstəkləyir. Bundan əvvəl bəzi media orqanları İranın ABŞ-la danışıqların davamı üçün şərt kimi Qətərdə saxlanılan 12 milyard dollarlıq dondurulmuş aktivlərinin azad olunmasını tələb etdiyi barədə məlumat yayıb.

Daha sonra sosial şəbəkələrdə Qətərin bu məbləği öz vəsaiti hesabına ödəməyə hazır olduğu iddia edilib.

Məlumata görə, İran nümayəndə heyəti bu həftə Dohada Qətər rəsmiləri ilə mümkün ABŞ razılaşması və dondurulmuş aktivlər məsələsini müzakirə edib. Danışıqlarda İran Mərkəzi Bankının rəhbərliyinin də iştirak etdiyi bildirilir. ABŞ mediası isə bu məsələlərin potensial razılaşma çərçivəsində nəzərdən keçirildiyini qeyd edib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*