SENSASİYA: İran parlamenti sədrinin xanımı İstanbulda 2 bahalı mənzil aldıbackend

SENSASİYA: İran parlamenti sədrinin xanımı İstanbulda 2 bahalı mənzil aldı

Bir vaxtlar “Sənaye dünyası” qəzetində çalışan və 2018-ci ildə “ictimai fikri narahat etmə” və “İslam Cümhuriyyətinin dövlət rəsmilərini və İslam müqəddəslərini təhqir etmə” ittihamları ilə həbsə məhkum edilən Əmirhüseyn Mirismaili bu yaxınlarda Türkiyəyə səfər edən İslam Şurası Məclisinin sədri Qalibafın ailəsi haqqında “Twitter” paylaşımı edib.

KONKRET.az “Azad İran”a istinadən xəbər verir ki, o, bu barədə yazıb: “Dəqiq məlumat əldə etmişəm ki, Məhəmməd Baqer Qalibafın xanımı, qızı və kürəkəni İstanbula səfərləri zamanı Maslak məhəlləsində yerləşən “Skyland” lüks yaşayış kompleksində ümumi dəyəri 40 milyard tümən olan iki mənzil satın alıblar”.

O, sonda qeyd edib ki, mənzilin yerləşdiyi “Skyland” kompleksi Belqrad meşələrinin yaxınlığında və Qalatasaray futbol klubunun yanında yerləşdiyi üçün ən bahalı komplekslərdən sayılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*