“Rusiya Ukrayna ilə Qüds şəhərində danışıqlar aparmağa hazırdır”.
KONKRET.az xəbər verir ki, bu barədə İsrailin “The Jerusalem Post” qəzeti məlumat yayıb.
Qəzetin İsrail Xarici işlər nazirliyindəki qaynaqlarının bildirdiyinə əsasən, yerli hökumət bu məsələyə olduqca könülsüz yanaşır.
“Rusiya Qüdsdə müzakirə aparılmasına etiraz etmir, lakin İsrail ev sahibliyi etməyə könülsüzdür. Çünki öz təcrübəmizdən bilirik ki, nəticəsiz danışıqlar həmişə vəziyyətin daha da pisləşməsinə gətirib çıxarır”,-deyə həmin qaynaq bildirib.
“İnsanlar başa düşməlidirlər ki, biz heç bir zaman Zelenskiyə təzyiq göstərmərik. Bu doğru deyil. Ukrayan prezidenti və ukraynalılar qərar qəbul etməlidirlər və onlar bizim dəstəyimizi görəcəklər”,-deyə XİN rəsmisi bu yaxınlarda İsrailin Ukrayna prezidenti Vladimir Zelenskiyə guya təslim olması təklifini etməsi ilə bağlı dolaşan xəbərlərə işarə vurub. Musavat.com
