Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop finlandiyalı həmkarı Matti Vanhanen və isveçli həmkarı Talman Andreas Norle ilə onlayn görüş keçirib.
KONKRET.az xəbər verir ki, bunu M.Şentop tviter səhifəsində yazıb.
O bildirib ki, rəsmi Stokholm və Helsinkinin NATO-ya üzvlüyü məsələsi müzakirə olunub:
“NATO-nun Madriddə keçirilən zirvə toplantısında imzalanan üçtərəfli razılaşma barədə fikir mübadiləsi aparılıb. Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı mövqeyini bir daha diqqətə çatdırdım”, – Türkiyə Böyük Millət Məclisinin sədri vurğulayıb.
