SEPAH növbəti dəfə video yayaraq Azərbaycanı hədələyib.
KONKRET.az xəbər verir ki, İran İslam Ordusu yenidən Azərbaycana qarşı təhdidedici videolar yaymağa başlayıb.
Sözügedən videoda SEPAH-ın bəsic qüvvələri guya Xudafərin körpüsündən Azərbaycana doğru keçirlər, daha sonra onlar Qüdsə doğru gedirlər.
İran İsraili “məhv edən yolun Azərbaycandan keçdiyini” vurğulamaq istəyir. Çünki uşaqların daşıdıqları bayraqların birində “Qüds yolu” yazılıb.
Xuraman Etibarlı,
KONKRET.az
