Sergey Markov: “Rusiya sülhməramlıları və İlham Əliyevin sözü Qarabağda sülhün qarantıdır”backend

Sergey Markov: "Rusiya sülhməramlıları və İlham Əliyevin sözü Qarabağda sülhün qarantıdır"

10 noyabr anlaşmasından artıq 5 gün keçir. İnsanlar bir qədər tərəddüd, bir qədər də qorxa-qorxa evlərinə qayıdır. Bəs bu adamların təhlükəsizliyinə əsaslı təminat varmı? “Komsomolskaya Pravda” bununla bağlı Rusiya Siyasi Araşdırmalar İnstitutunun rəhbəri Sergey Markovun fikirlərini öyrənib.

KONKRET.az xəbər verir ki, “KP”-nin suallarına cavab verərkən Markov əminliklə bildirib ki, “Qarabağda sülhün iki əsas təminatçısı var. Onlardan birincisi Rusiyanın sülhməramlı qüvvələridirsə, ikincisi- Azərbaycan Prezidenti İlham Əliyevdir. Azərbaycan rəhbərliyinin mədəni mahiyyəti  əsas qarantdır. Xatırladım ki, Prezident Əliyev MDBMİ-nin məzunudur. Və bu gün Azərbaycan Prezidenti dünyada böyük nüfuza  sahibdir. Ona görə də şübhə yoxdur ki, Azərbaycan Ordusu Qarabağda təmkin nümayiş etdirəcəkdir”.

Politoloq əlavə edib ki, “Yenə deyirəm: həm əsgərlərimiz, həm də Bakıdakı siyasi elitanın təbiəti. Bunlar Qarabağın sabahı ilə bağlı yaxşı şeylər düşünməyə bizə güclü əsas verir”.

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*