Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatı sona yaxınlaşır. KONKRET.AZ-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu gün sərbəst güləş üzrə 61, 79, 86 və 97 kq-da mübarizə başlanıb.
Olimpiya çempionumuz Şərif Şərifov koreyalı idmançı Minvon Seo ilə qarşılaşıb. Gərgin keçən mübarizədən sonra güləşçimiz rəqibini 11:4 hesabı ilə məğlub edib. İdmançımız ukraynalı güləşçi Valeri Andriçev üzərində 2-0 qələbə qazanıb. Beləliklə Şərif Şərifov 4/1 finala vəsiqə qazanıb.
İldırım Musayev
