Sərnişinin ürəyi tutdu, təyyarə təcili Bakıya eniş etdibackend

Sərnişinin ürəyi tutdu, təyyarə təcili Bakıya eniş etdi

“Cathay Pacific” aviaşirkətinin Sürix-Honqonq reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Qurumun mətbuat xidmətinin məlumatından KONKRET.az-a verilən məlumata görə, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub (ürək tutması).

“Airbus A350” təyyarəsi yerli vaxtı ilə saat 21:29-da Bakı hava limanında uğurla eniş edib.

Enişdən dərhal sonra sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib və paytaxt klinikalarından birinə çatdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*