Türkiyədə meşə yanğını başladıbackend

Türkiyədə meşə yanğını başladı

Türkiyənin Hatay bölgəsinin Samandağ rayonunda meşəlik ərazidə yanğın baş verib.

KONKRET.az xəbər verir ki, rayonun Yeniköy və Ceylandere məhəllələrinin dağlıq ərazisində naməlum səbəbdən yanğın baş verib.

Ətrafdakıların xəbərdarlığı ilə yanğının söndürülməsi üçün bölgəyə 3 helikopter, 8 su çiləyici, 2 su tankeri və 60 canlı qüvvə göndərilib.

Meşə yanğınının söndürülməsi istiqamətində işlər davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*