Səudiyyə orkestri Rusiya himnini çala bilmədi – Putinin üzündəki ifadə GÜNDƏM oldu – VİDEObackend

Səudiyyə orkestri Rusiya himnini çala bilmədi – Putinin üzündəki ifadə GÜNDƏM oldu - VİDEO

Rusiya prezidenti Vladimir Putin Kral Selman bin Abdüləzizin dəvəti ilə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada səfər edib.

KONKRET.AZ xəbər verir ki, 12 ildən sonra ilk dəfə Ər-Riyada gələn Putin rəsmi qarşılanma mərasimində heç gözləmədiyi hadisəylə qarşılaşıb.

Belə ki, təkbətək görüş gerçəkləşdirilməzdən əvvəl rəsmi mərasimdə iki ölkənin himni çalınıb. Lakin Səudiyyə Ərəbistanı Krallığının orkestrinin Rusiya Dövlətinin himnini çala bilməməsi bir anda dünya gündəmini zəpt edib.

Ən maraqlısı Putin himnin çox pis vəziyyətdə çalınmasına etiraz bildirməyib, ancaq üzündəki ifadələrdən nə hiss etdiyi bəlli olub. Hətta xarici mediada Putinin sifətinin şəkildən şəklə düşdüyü qeyd edilib.

Qeyd edək ki, Putin Kral Selmana qartal da hədiyyə edib.

KONKRET.AZ sözügedən görüntüləri təqdim edir:

Hazırladı: Firuzə ALİMOVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*