Səudiyyə telekanalı Baydeni ələ saldı – VİDEObackend

Səudiyyə telekanalı Baydeni ələ saldı - VİDEO

Səudiyyə Ərəbistanının MBC telekanalı ABŞ Prezidenti Co Bayden və vitse-prezident Kamala Harrisin parodiyasını yayımlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə “The New York Post” yazıb.

Belə ki, videoda Ağ Evdə bayraqlar fonunda dayanan “Amerika liderinin” necə salam verərək əlini boşluğa uzatdığı görünür. Əl sıxmağa adam tapmayan “Bayden” heç kimin olmadığı bayraqlara tərəf dönür və əlini yelləyərək salamlaşır. Sonra kadrda “Harris” görünür. O, “prezident”in gəlməsini xahiş edir. İki “siyasətçi” əl sıxaraq kamera qarşısına keçir. Eyni zamanda, “Bayden” yenidən bayraqlara tərəf dönüb əlini uzadır və “Harris” onu yerində saxlamağa çalışır.

Qeyd olunub ki, bu, Səudiyyənin MBC telekanalı tərəfindən yayımlanan ABŞ Prezidentinin ikinci parodiyasıdır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*