Səudiyyədən İrana sürpriz səfər: Nə baş verir?backend

Səudiyyədən İrana sürpriz səfər: Nə baş verir?

Səudiyyə Ərəbistanından İrana sürpriz səfər gerçəkləşib.

KONKRET.az xəbər verir ki, Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman yüksək səviyyəli rəsmilərlə görüşmək üçün Tehrana səfər edib.

Nümayəndə heyəti ilə Tehrana gələn Səudiyyə Ərəbistanının müdafiə naziri Bin Salmanı İranın Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri qarşılayıb.

Bin Salman Tehranda Baş Qərargah rəisi Baqiri ilə yanaşı, İranın yüksək vəzifəli siyasi və təhlükəsizlik rəsmiləri ilə də görüşəcək.

Səudiyyə Ərəbistanının müdafiə nazirinin İrana getməsi bu ölkənin müdafiə rəsmilərinin uzun illər ərzində İrana ən yüksək səviyyəli səfəridir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*