Səyyad Əlizadənin vəziyyəti yaxşılaşır: Xanımı evə buraxıldı – YENİLƏNİBbackend

Səyyad Əlizadənin vəziyyəti yaxşılaşır: Xanımı evə buraxıldı - YENİLƏNİB

Mərkəzi Gömrük Hospitalında koronavirusdan müalicə olunan müğənni Səyyad Əlizadənin vəziyyəti yaxşılığa doğru gedir.

Bu barədə KONKRET.az-a müğənninin kürəkəni Razim Qarayev bildirib.

Onun sözlərinə görə, sənətçinin koronavirusa yoluxan həyat yoldaşı tamamilə sağalıb: 

“Səyyad bəyin səhhəti yaxşılaşır. Qızdırması düşüb. Yoldaşı isə bu gün xəstəxanadan evə buraxılıb”.

***

 09:59
Mərkəzi Gömrük Hospitalında koronavirusdan müalicə olunan müğənni Səyyad Əlizadənin vəziyyətində heç bir dəyişiklik yoxdur.

KONKRET.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya sənətçinin bacısı Səidə Əliyeva bildirib.

Onun sözlərinə görə, qardaşının vəziyyəti stabil ağır olaraq qalır:

“Pisliyə doğru getmir, yenilik də yoxdur. Süni komadan çıxarılmayıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*