Si Cinpin Çin ordusu ilə bağlı ƏMR VERDİbackend

Si Cinpin Çin ordusu ilə bağlı ƏMR VERDİ

Çin Xalq Respublikasının Sədri Si Cinpin Qərb Döyüş Komandanlığı Zonasında olarkən Çin Xalq Azadlıq Ordusunun modernləşdirilməsi prosesini sürətləndirməyi əmr edib.

KONKRET.az xəbər verir ki, bu barədə Sinxua xəbər agentliyi məlumat yayıb.

O, ordunun döyüş qabiliyyətini artırmaq üçün müasir texnikanın tətbiqinin zəruriliyini qeyd edib.

“Yeni dövrdə güclü ordunun yaradılması ilə bağlı ideyaları həyata keçirmək, ölkəmizin silahlı qüvvələrinin modernləşdirilməsi prosesini sürətləndirmək lazımdır”, – deyə Çin lideri vurğulayıb.

Çin Xalq Respublikasının Sədrinin sözlərinə görə, çinli əsgərlər real döyüş təlimləri vasitəsilə öz bacarıqlarını təkmilləşdirməlidirlər. O xatırladıb ki, əsgər və zabitlər də ideoloji-siyasi hazırlığa böyük diqqət yetirməyə borcludurlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*