Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı 10-a çatdıbackend

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı 10-a çatdı

Şimali Kiprin Girne şəhəri sahillərində batan sərnişin gəmisində ölənlərin sayı 10-a çatıb.

KONKRET.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Qeyd olunub ki, Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz Şimali Kiprin Girne şəhəri yaxınlığında ötən bazar günü qəzaya uğrayan sərnişin gəmisində itkin düşən daha bir şəxsin meyitinin tapıldığını açıqlayıb.

“Bununla da qəza nəticəsində ölənlərin sayı 10-a çatıb”, – o bildirib.

Məlumat üçün bildirək ki, avqustun 30-da Şimali Kiprin Girne sahillərində gəmi qəzaya uğrayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*