Şimali Koreya Sarı dənizə doğru bir neçə qanadlı raket atıb.
KONKRET.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi məlumat yayıb.
Bildirilib ki, hazırda ABŞ və Cənubi Koreya hərbçiləri buraxılan raketlərin xüsusiyyətlərini müəyyən etmək üçün məlumatları təhlil edirlər.
Koreya Respublikasının Silahlı Qüvvələri sonrakı atışların mümkünlüyü ilə bağlı hazır vəziyyətdədir və amerikalı həmkarları ilə əlaqələndirilir.
