Şimali Koreya: “Nensi Pelosi beynəlxalq sülh və sabitliyin ən pis dağıdıcısıdır”backend

Şimali Koreya: "Nensi Pelosi beynəlxalq sülh və sabitliyin ən pis dağıdıcısıdır"

Şimali Koreya ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosini “beynəlxalq sülh və sabitliyin ən pis dağıdıcısı” adlandırıb.

KONKRET.az xəbər verir ki, Tayvana mübahisəli səfərindən sonra Pelosi Şimali Koreya ilə sərhəd bölgəsi də daxil olmaqla Cənubi Koreyaya səfər edib. O, Cənubi Koreya Milli Assambleyasının sədri Kim Jin Pyo ilə Pxenyanın nüvə proqramını müzakirə edib.

Şimali Koreya Xarici İşlər Nazirliyinin Mətbuat və İnformasiya Departamentinin baş direktoru Yo Young Sam Pelosini səfərinə görə tənqid edib.

“Tayvana səfər etməklə regional sülh və sabitliyi pozduğuna görə Çin tərəfindən layiqincə tənqid edilən Pelosi Cənubi Koreyada olarkən Şimali Koreya ilə qarşıdurma mühitini gərginləşdirdi”, – Yo Young Sam deyib.

Pelosini “beynəlxalq sülh və sabitliyin ən pis dağıdıcısı” adlandıran rəsmi, onunn Cənubi Koreyadakı davranışının Co Bayden administrasiyasının Şimali Koreyaya qarşı düşmənçilik siyasətinin bariz sübutu olduğunu vurğulayıb.

“Getdikləri yerdə yaratdıqları bütün problemlər ABŞ-a baha başa gələcək”, – deyə Şimali Koreya rəsmisi bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*