Simonyan: “Əgər biz uduzsaq, Haaqa hətta Kremldə təmizlik işləri aparan qapıçını da gözləyir” – VİDEObackend

Simonyan: “Əgər biz uduzsaq, Haaqa hətta Kremldə təmizlik işləri aparan qapıçını da gözləyir” - VİDEO

“Əgər biz uduzsaq, Haaqa hətta Kremldə təmizlik işləri aparan qapıçını da gözləyir”.

KONKRET.az xəbər verir ki, Rusiya televiziyasında Kremlin təbliğatçısı Marqarita Simonyan tərəfindən gözlənilməz faktlar səsləndirilib. O, açıq şəkildə ifadə edib ki, Rusiya müharibəni uduzsa, prosesin bütün iştirakçıları Haaqada məhkəməyə çıxarılacaq.

Onlar Ukraynaya qarşı müharibədə uduzduqdan sonra onları nələrin gözlədiyini yaxşı bilirlər. Özləri də etiraf edirlər ki, rus ordusu döyüş meydanında Ukrayna ordusuna müqavimət göstərə bilmir. Ona görə də onların edə biləcəyi yeganə şey infrastrukturu bombalamaqdır.

“Onlar bizim Krımı almağa hazırlaşırlar, biz də bu vəziyyətdə edə biləcəyimiz tək şeyi edirik, bombalayırıq, hər gün bombalayırıq. Biz onların infrastrukturunu bombalayırıq. Allah bilir, biz bunu etmək istəmirdik”, – deyə Simonyan bildirib.

Daha sonra o, müharibədə məğlubiyyətdən sonra onları nə gözlədiyini dilə gətirib.

“Biz itirməkdən qorxmalıyıq, biabırçılıqdan qorxmalıyıq və xalqımıza xəyanət etməkdən qorxmalıyıq. Əgər uduzmağı ağlımıza gətirsək, Haaqa hətta Kremldə təmizlik aparan qapıçını da gözləyir”, – o bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*