“Əliyev Nikolun boynundan tutub silkələyir, hakimiyyət dəyişikliyi gecikiir”.
KONKRET.az xəbər verir ki, bunu sosial şəbəkələrdə saxta yazı yazmaqda ittiham olunan “Ermənistan” blokunun üzvü Sayat Şirinyan məhkəmə iclasından sonra deyib.
“Necə fikirləşirlər, məni 150 min dram cərimələyiblər deyə dövlətimi, vətənimi, dövlətçiliyimi unudaram?
Bundan sonra da bir yazı yazdım və yazacağam, bu hakimiyyəti tənqid etməyə davam edəcəyəm. Onlar getməlidirlər. Bu antimilli hakimiyyət getməlidir, onlar bir dənə də olsun ermənipərəst qərar qəbul etməyiblər, millətimizi məhv edirlər, dövlət strukturlarını sıradan çıxarırlar”, -deyə Şirinyan bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
