Şirinyan: “Ermənilərin ləyaqəti varmı? Əgər varsa, kimliksiz köçəri kimi yaşamamalıdır”backend

Şirinyan: "Ermənilərin ləyaqəti varmı? Əgər varsa, kimliksiz köçəri kimi yaşamamalıdır"

“İstiqaməti türkçülük olan hakimiyyətə qarşı amansız, qəti, məsuliyyətli və qalibiyyətli mübarizənin son mərhələsinə qədəm qoyuruq”.

KONKRET.az xəbər verir ki, bu fikirləri “Hayastan” blokunun üzvü Sayat Şirinyan özünün facebook səhifəsində yazıb.

O, daha sonra vurğulayıb: Mövcud hakimiyyət dövlətçiliyi məhv edən fahişələri öz ətrafında birləşdirib. Maarifçi gənclərimizi məhv edən Paşinyan və komandasında xəyanət, hədsiz kinsizlik, həyasızlıq hökm sürür.

Meydan bu suallara son cavabı verəcək: Ermənilərin ləyaqəti, namusu varmı? Əgər varsa, erməni xalqı dövlətsiz, kimliksiz köçəri kimi acınacaqlı varlığını qorumaqdansa, yaşamaq və yaratmaq haqqına sahib olmalıdır.

Bunun üçün aşağıdakıları etmək lazımdır:

1) Meydanlarda olmaq və Qarabağ uğrunda mübarəzə kimi müqəddəs işlə məşğul olmaq,

2) Müxalifət xalq birləşib vətəndaş itaətsizliyini göstərməli, fasiləsiz mitinqlərə və aksiyalara yeni təkan verməlidir.

3) Aprelin 5-də olduğu kimi, müxalifətin aksiyaları, mitinqləri, yürüşləri partiyasız olmalıdır. Çünki bu mitinqlərin sahibi və qəhrəmanı, iştirakçısı milli dəyərlər sisteminin daşıyıcısı olaraq erməni xalqıdır”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*