Siyavuş Novruzov idmanda xəsarət aldı – Təcili əməliyyata götürüldübackend

Siyavuş Novruzov idmanda xəsarət aldı - Təcili əməliyyata götürüldü

Milli Məclisin deputatı, Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov əməliyyat olunub.

KONKRET.az xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə, millət vəkili diz nahiyəsindən əməliyyat keçirib.

Siyavuş Novruzov idman edən zaman diz nahiyyəsini zədələyib.

O, dövlət xəstəxanalarından birində əməliyyat olunub. Hazırda palataya köçürülüb. Xəstəxanada müalicə prosesləri davam etdirilir.

Siyavuş Novruzov bu barədə məlumatı təsdiq edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*