Siyəzəndə mikroavtobusun aşması nəticəsində yaralananların kimliyi məlum olub – SİYAHI – YENİLƏNİBbackend

Siyəzəndə mikroavtobusun aşması nəticəsində yaralananların kimliyi məlum olub - SİYAHI - YENİLƏNİB

Siyəzən rayonunda mikroavtobusun aşması nəticəsində xəsarət alanların kimliyi məlum olub.

KONKRET.az “Report”a istinadən xəbər verir ki, bunlar aşağıdakılardır:

1) 1978-ci il təvəllüdlü Hüseynov Gülnarə Balağa qızı

2) 1976-cı il təvəllüdlü Nizamova Şəhla Əfqan qızı

3) 1970 -ci il təvəllüdlü Mirzəyeva Pəri Dilcan qızı

4) 1987-ci il təvəllüdlü Balayeva Səbinə Xanlar qızı

5) 1978-ci il təvəllüdlü Bəylərova Səhər İmamyar qızı

6) 1980-ci il təvəllüdlü Həsənova Mələk Hacrza qızı

7) 1987-ci il təvəllüdlü Zərbəliyeva Gülnar Hacrza qızı

8) 1985-ci il təvəllüdlü İsmayilova Nərmin Rasim qızı

9) 1988-ci il təvəllüdlü Cəfərova Elnurə Vahid qızı

10) 1971-ci il təvəllüdlü Məmmədova Xeyransa.

Xəsarət alanlardan səkkizi evə buraxılıb, iki nəfərin isə müalicəsi Siyəzən Rayon Müalicə-Diaqnostika Mərkəzində davam etdirilir.

Məlumata görə, xəsarət alan sərnişinlərin hamısı Zarat kəndindən olan qadınlardır və onlar parnikdə işləyən fəhlələr olublar.

Hadisə də səhər saatlarında onların iş yerinə gedən zaman baş verib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

10:27

Siyəzən rayonunda mikroavtobusun aşması nəticəsində 10 nəfər yaralanıb.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Zarat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bildirilib ki, hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 10 sərnişin Siyəzən Rayon Müalicə-Diaqnostika Mərkəzinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*