Slovakiya koronavirusa yoluxanları Almaniya və Polşaya göndərirbackend

Slovakiya koronavirusa yoluxanları Almaniya və Polşaya göndərir

Slovakiya koronavirus xəstələrini Almaniya və Polşaya göndərməyə başlayıb.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyindən bildirilib ki, Slovakiya xəstəxanalarının reanimasiya şöbələrində yer yoxdur. Təkcə ötən sutka ərzində ölkədə 2552 yeni yoluxma halı qeydə alınıb.

Hazırda Slovakiyada ağır vəziyyətdə olan koronavirus xəstələrinin sayı ən yüksək həddə – 349 nəfərə çatıb. Məhz bu səbəbdən də artıq intensiv terapiya palatalarında boş yer qalmayıb.

İlk iki xəstə şənbə günü Almaniyanın Dortmund klinikasına göndərilib. Bu gün isə bəzi xəstələr Polşanın Qorlitsa şəhərindəki COVID hospitalına yola salınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*