backend

Smartfonun köməyi ilə distant şəkildə kompyuteri yandırıb-söndürməyin yolları açıqlandı

Smartfonun köməyi ilə uzaqdan, distant şəkildə kompyuteri açmaq və söndürmək mümkündür. Bunun müxtəlif yolları var.

“Praym”ın məlumatına görə, Rusiyada NAFİ-nin (Maliyyə Tədqiqatları üzrə Milli Agentlik) “Rəqəmsal vətəndaş” platformasının eksperti Vladimir Qritsenko bunun üsullarından danışıb.

Onun sözlərinə görə, uzaqdan giriş tətbiqetmələrindən istifadə edərək kompyuteri bir cihazdan idarə etmək mümkündür.

“Wake-On-Lan (W-O-L)” kimi texnologiyalardan istifadə edərək kompyuteri smartfondan uzaqdan açmaq mümkündür. Bu, şəbəkə adapterinə daxil olan trafiki izləyən və istəyə əsasən kompyuteri açan daimi bir enerji təchizatıdır”, – deyə o bildirib.

Həmçinin ana platanı (BIOS) elə konfiqurasiya etmək mümkündür ki, şəbəkədə gərginlik görünəndə kompyuter açılsın və smart elektrik yuvası vasitəsilə şəbəkəyə qoşulsun:

“Smart elektrik yuvası internetə qoşulur və smartfondakı tətbiqdən idarə olunur. Orada cərəyan axını başlayan kimi kompyuter açılır və “uzaqdan giriş müştəriləri” vasitəsi ilə ona qoşulmaq mümkün olur”.

O bildirib ki, əvvəlcə kompüteri açarkən “müştəri proqramının” avtomatik işə salınması konfiqurasiya edilməlidir.

Mütəxəssisin sözlərinə görə, “TeamViewer”, “Parallels”, “Microsoft Remote Desktop” kimi tətbiqlərdən istifadə etməklə kompyuterin smartfondan idarəsi mümkündür:

“Bu çox rahatdır: dostlara bəzi texniki problemləri həllinə kömək etmək və ya kompyuterdə lokal olaraq saxlanılan sənədi yükləmək olar”.

“İşi tamamladıqdan sonra kompyuter heç bir problem olmadan söndürülə bilər”, – deyə Qritsenko sözlərini tamamlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*