SOCAR-ın Türkiyə ofisinə hücum etməkdə şübhəli bilinən 13 nəfər saxlanıldıbackend

SOCAR-ın Türkiyə ofisinə hücum etməkdə şübhəli bilinən 13 nəfər saxlanıldı

SOCAR-ın Türkiyə ofisinə hücum etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

KONKRET.az xəbər verir ki, “Fələstin Üçün Min Gənc” təşkilatının 13 üzvü bu gün səhər saatlarında tutulub.

Saxlanılan şəxslərin izahatlarının alınacağı, sabah isə ədliyyə orqanlarına təslim ediləcəyi bildirilir.

Qeyd edək ki, bir neçə gün öncə SOCAR-ın İstanbulda yerləşən ofisinə hücum edilib. Buna səbəb kimi, “SOCAR-ın İsrailə neft satdığı” bəhanə edilib.

“SOCAR Türkiyə” isə bu gün məlumat yayaraq İsrailə xam neftin satılması ilə bağlı ittihamlara cavab verib. Şirkət yaydığı açıqlamada bununla əlaqədar ittihamları əsassız adlandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*