ŞOK: İstanbulda azərbaycanlını küçədə güllələdilər  — VİDEObackend

ŞOK: İstanbulda azərbaycanlını küçədə güllələdilər  — VİDEO

Türkiyənin İstanbul şəhərində Azərbaycan vətəndaşı güllələnib.

KONKRET.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə gecə vaxtı Küçükçekmecedə baş verib.

Məlumata görə, motosikletlə gələn şəxs işıqfordan dayanan avtomobilə atəş açıb. Silahlı insident nəticəsində sürücü ağır yaralanıb.

Şübhəli şəxslər motosikletlə hadisə yerindən qaçıblar. Sürücünün yanında olan qadın sərnişin isə silahlı hücum zamanı xəsarət almayıb.

Hadisə yerinə gələn təcili tibbi yardım briqadası ağır yaralanan sürücüyə ilk tibbi yardım göstərərək, onu yaxınlıqdakı xəstəxanaya aparıblar. Polis əməkdaşları isə ərazidə araşdırmalar edib və motosikletlə qaçan şübhəliləri tutmaq üçün axtarışlara başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*