ŞOK: məktəb direktorunun müavini pedofilya ittihamı ilə həbs olundubackend

ŞOK: məktəb direktorunun müavini pedofilya ittihamı ilə həbs olundu

Rusiyanın İvanovo rayon məhkəməsi yerli məktəb direktorunun müavinini pedofilya ittihamı ilə həbs edib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı TASS agentliyi Rusiya İstintaq Komitəsinin region üzrə İdarəsinin baş köməkçisi İrina Kotovaya istinadən yayıb.

Şübhəli Pavel Pokrovski barəsində həbs qətimkan tədbiri seçilib. O, yanvarın 31-də saxlanılıb.

Ona qarşı üç maddə üzrə cinayət işləri başlanılıb (“yetkinlik yaşına çatmayanın pedaqoq tərəfindən alkoqollu içkilərin sistematik istifadəsinə cəlb edilməsi”, ” 16 yaşına çatmamış şəxs barəsində pozğun hərəkətlərin edilməsi”, “yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakı hərəkətlər”).

“Vahid Rusiya” Partiyası onu müvəqqəti olaraq üzvlükdən məhrum etmişdi. Deputatlar bütün halları aydınlaşdırana qədər kişinin direktor müavini vəzifəsindən kənarlaşdırılmasını israr ediblər.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*