ŞOK: Pilotlar dalaşdı, təyyarə uçuşa gecikdibackend

ŞOK: Pilotlar dalaşdı, təyyarə uçuşa gecikdi

Air France aviaşirkətinin sərnişin təyyarəsi laynerin kabinəsində pilotların davası səbəbindən Parisdən Moskvaya vaxtında uça bilməyib.

KONKRET.az xəbər verir ki, bu barədə REN TV hava gəmisinin sərnişinlərindən birinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, təyyarə zolağa gedib, sonra geri qayıdıb.

“Təyyarə qarşıdan gələn zolağa çıxmağa başlayanda pilotların kabinəsində qalmaqal səsləri eşidildi”, — deyə sərnişin bildirib.

O qeyd edib ki, münaqişə nəticəsində laynerin ekipajı dəyişdirilib, lakin təyyarə uçduqdan bir saat sonra salonda soyuq olduğu üçün Parisə geri qayıdıb.

Nəticədə sərnişinlərə başqa təyyarə verilib və onlar Moskvaya uçublar.

Babək Göyüş

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*