Konkret.az erməni mediasına istinadla xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Ermənistana gəlsə də, cəmi bir neçə saat olacaq. Rusiya dövlət başçısının İrəvanda qalmayacağı məlum olub. O, Avrasiya İttifaqının Zirvə görüşündə iştirak edəcək və dərhal ayrılacaq.
Ermənistanın “168 saat” qəzati yazır ki, “Vladimir Putinin rəsmi şam yeməyinə qatılmayacağı da istisna edilmir. Erməni tərəfi Rusiya prezidentinə ikitərəfli görüş təklif edib, amma Rusiya tərəfi Baş nazir Nikol Paşinyanın bu istəyini rədd edib”.
Konkret.az
